Sabah bu yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

0
110

Avtomobil yollarında yanvarın 15-də gözlənilən vəziyyət açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah şaxtalı hava şəraiti ilə əlaqədar olaraq dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Duman ilə əlaqədar olaraq gecə və səhər saatlarında Bakı-Ələt-Qazax, Ələt-Astara, Bakı-Şamaxı-Yevlax, Quba-Qusar, Quba-Xaçmaz, Yevlax-Zaqatala, Yevlax-Xocalı-Laçın, Xankəndi-Xocavənd, Naxçıvan-Sədərək, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi də 200-700 m-dək məhdudlaşacaq.