Rusiyanın işğal üçün bəhanə axtarması… – Cavab

0
391

ABŞ-ın Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə axtarması ilə bağlı ittihamları əsassızdır.

Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Ağ Ev və Pentaqonun mətbuat sözçülərinin brifinqlərində Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə axtardığına dair iddialarının heç bir sübutu yoxdur. Bu cür bəyanatlar ölkəmizə qarşı informasiya təzyiqini təsdiqləyir və eyni ssenari təkrarlanır. Rusiya müharibəyə qarşıdır. Biz bütün beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıyıq.

Amerikalı həmkarlarımızı bu cür avantüralara qarşı xəbərdar etmək istəyirik. Bir daha vurğulamaq istərdik ki, ABŞ-ın həm rəsmi səviyyədə, həm də mətbuat vasitəsilə bizə qarşı ittihamları əsassızdır və heç bir əsası yoxdur.

ABŞ-ı Rusiya tərəfinin təklif etdiyi layihələr əsasında təhlükəsizlik təminatları üzrə mühüm çalışmalarda iştirak etməyə çağırırıq”, – səfirlik bildirib.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Cen Psaki Rusiyanın Ukraynanı işğal etmək üçün bəhanə axtardığı, buna görə casus əməliyyatı hazırladığı haqda kəşfiyyat məlumatları olduğunu bildirmişdi.