Ötən il Azərbaycanda rekord həddə fındıq istehsal olunub – AÇIQLAMA

0
258

Ötən il iqlim şəraiti ilə əlaqədar pambıq istehsalında keçən dövrlə müqayisədə azalma var. Digər məhsulların istehsalında isə stabil artım müşahidə edilib.

Bu barədə  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, təqribi qiymətləndirmələrə görə, ötən il Azərbaycanda rekord həddə – 70 min tona yaxın fındıq istehsal olunub:

“Bu Azərbaycan tarixində rekord göstəricidir. Eyni zamanda çəyirdəkli meyvələrin – gilas, şaftalı, ərik kimi məhsulların istehsalında da ciddi artım var. İxraca bağlı pambıq sektorundakı cüzi azalmanı nəzərə almasaq, bu sahədə də artım var. Odur ki, bu artımla qeyri-neft sektorunda pambıqçılıq mühüm rol oynamış olur. Növbəti illərdə biz pambıqçılıqla bağlı artımın davam edəcəyini gözləyirik.

Eyni zamanda, bu il Azərbaycan ilk dəfə 15 milyon dollar civarında bostan məhsulları ixrac edib. Bu yeni trenddı. Əlavə edim ki, faraş kartofun ixracı 90 min tona çatıb ki, bu da trend hesab olunur. Heyvandarlıqda isə artım dinamikası stabil şəkildə davam edir”.

F.Fikrətzadə onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə ən ciddi artım gözlənilən sahələrdən biri heyvandarlıq olacaq:

“Bu ərazilərdə heyvandarlıq təsərrüfatları bərpa olunduqdan sonra bizim ət və süd məhsullarında hazırda olan 85 faizlik göstəricimiz, orta hesabla 99 faizə qədər yüksələcək. Biz həmin ərazilərin hesabına ət və süd məhsulları ilə özümüzü tam təmin edəcəyik”.