Futbol klublarımızın dördü Antalyada macarlara qarşı – OYUNLAR

0
51

Azərbaycan klubları qış fasiləsində Antalyada təlim-məşq toplanışında olacaq.

“Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Zirə”, “Sabah” və “Sumqayıt” qış hazırlığını Türkiyənin Antalya şəhərində keçirəcək.

Təmsilçilərimiz Antalyada ənənəvi olaraq yoxlama oyunları keçirəcək. Bu, 13-25 yanvar tarixlərini əhatə edəcək.

Maraqlıdır ki, 6 klubumuzdan 4-ü – “Zirə”, “Neftçi”, “Sabah” və “Sumqayıt” oyunlarına Macarıstan klublarına qarşı matçlarla start verəcək. Həmin oyunların təqvimini təqdim edirik:

13 yanvar

“Zirə” – “Peç” (Macarıstan)

14 yanvar

“Neftçi” – “Kişvarda” (Macarıstan)

“Qarabağ” – “Qaz Metan” (Rumıniya)

15 yanvar

“Sabah” – “Pakş” (Macarıstan)

16 yanvar

“Sumqayıt” – “Uypeşt” (Macarıstan)

18 yanvar

“Qəbələ” – “Zaqlembye” (Polşa)

19 yanvar

“Neftçi” – “Visva” (Potsk, Polşa)

“Sumqayıt”ın rəqibi bilinmir

20 yanvar

“Zirə” – “Qurnik” (Polşa)

21 yanvar

“Qarabağ” (əsas heyət) – “Şlyonsk” (Polşa)

“Qarabağ” (ehtiyat heyət) – “Batska Topola” (Serbiya)

“Qəbələ” – “Borets” (Şimali Makedoniya)

“Sumqayıt”ın rəqibi bilinmir

24 yanvar

“Neftçi” – “ÇSKA-1948” (Bolqarıstan) tam dəqiqləşməyib

“Zirə” – “Breqalnitsa” (Şimali Makedoniya)

“Qəbələ” – “Bohemians” (Çexiya)

25 yanvar

“Qarabağ” (əsas heyət) – “Visva” (Krakuv, Polşa)

“Qarabağ” (ehtiyat heyət) – “Tatran” (Slovakiya)

“Sabah” – “Mladost” (Serbiya)

Qeyd edək ki, Azərbaycan Premyer Liqa təmsilçilərindən yalnız “Səbail” və “Keşlə” ölkə xaricinə getməyərək Bakıda qalacaq.