Ermənistan tərəfində döyüşmüş ekstremist qruplaşma rəhbəri həbs edildi

0
119

Fransada ləğv edilmiş ekstremist sağçı “Zouaves Paris” (ZVP) qruplaşmasının lideri Mark De Kakkere-Valmenir bir il müddətinə azadlıqdan məhrum edilib.

Prezidentliyə namizəd Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan Kakkere-Valmener yanvarın 15-də vaksinasiya əleyhinə keçirilən aksiyada iştirak etdiyi üçün saxlanıldıqdan sonra dünən həbs olunub.

O, 2020-ci ilin iyununda Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum edilmişdi. 

Zemmurun mitinqindəki zorakılıqdan sonra, yanvarın 5-də Nazirlər Kabinetinin qərarı ilə Kakkere-Valmenir sərbəst buraxılıb və onun nümayişlərdə iştirakına qadağa qoyulub. 

O, 2018-ci ilin dekabrında isə “Sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilib.Kakkere-Valmenir 2020-ci ildə Vətən Müharibəsi zamanı Ermənistanın tərəfində muzdla döyüşmək üçün Qarabağa gəlib.