Elan saytında bu da satışa çıxarıldı – “Alverçi” saxlanıldı FOTO

0
260

Yanvarın 18-də “Tap.az” saytında “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.

Birliyin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir. İB məsələnin öz hüquqi həllini tapacağına inanır. Vətəndaşlara bir daha səslənərək bu kimi hallardan çəkinmələrini tövsiyə edirik. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur.