Bu ölkələr BMT-də səsvermə hüquqlarını itirdi

0
279

İran, Venesuela, Sudan, Antiqua və Barbuda, Konqo, Qvineya, Papua-Yeni Qvineya və Vanuatu BMT-yə olan borclarına görə səsvermə hüququnu itirib. 

İranın səsvermə hüququnu bərpa etmək üçün BMT-yə ödəməli olduğu borc 18 milyon dollardan çoxdur.  

Təşkilat Sudan üçün mövcud borcu 300 min dollar, Venesuela üçün isə 40 milyon dollar səviyyəsində müəyyənləşdirib. 

İran Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Tehran “ABŞ-ın təzyiq və qeyri-qanuni sanksiyalarına görə ” borcunu ödəyə bilmədiyini bəyan edib.