Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır

0
174

Vətən müharibəsi şəhidi Rəhimov Elnur Məmmədkərim oğlunun şəhidlik zirvəsinə ucalmasından 1 il ötür

44 gün davam edən və zəfərlə nəticələnən Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri -Mıxlıqovaq kənd sakini Rəhimov Elnur Məmmədkərim oğlunun şəhadətə qovuşmasının ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri , şəhid ailələri, qazilər.şəhidin məzarını ziyarət etmişlər. Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuş və şəhidin ailəsi evlərində ziyarət edilmişdir.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova

İctimai Nəzarət Koalisiyasının Qəbələ nümayəndliyi rəhbəri