Tələbə qızın sualı Əminə Ərdoğanı ÇAŞDIRDI: Başıma iş açdın… – VİDEO

0
271

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci xanım Əminə Ərdoğanla birlikdə “Demokrasi buluşması” adlı verilişdə iştirak edib.

Əminə Ərdoğan verilişdə tələbə qızın “Mövzu şeirdən düşmüşkən, birinci xanıma sual vermək istəyirəm. Cənab prezident həyat yoldaşımla şeir kimi bir yaşamımız var demişdi. Sizcə, şeir kimi yaşam nə deməkdir və bu qədər gərgin tempdə şeir kimi evliliyi davam etdirmək çətin olmurmu” sualı qarşısında çaşbaş qalıb.

Rəcəb Tayyib Ərdoğana müraciət edərək “Başıma iş açdın cənab prezident” deyən birinci xanım suala belə cavab verib: “Şeir kimi evlilik hər gün sadəcə sevinc və xoşbəxtlik içində olmaq demək deyil. Acısıyla, şiriniylə hər şeyi birlikdə paylaşmaq və yolu birlikdə yürüməkdir. Şeir yazmırıq, amma şeir kimi yaşayırıq”.