Polkovnik-leytenant Emil Nəzirovdan qalan xatirə – VİDEO

0
40

Noyabrın 30-u Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 

Qəza nəticəsində, helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, ikisi yaralanıb.

Sosial şəbəkədə qəzada şəhid olan polkovnik Emil Nəzirovun gitarada ifa etdiyini və mahnı oxuduğunu əks etdirən görüntülər yayılıb.

Onun ifa etdiyi mahnı isə sözləri Mövlud Süleymanlı, musiqisi İbrahim Topçubaşova məxsus “Nə bəxtiyardıq” mahnısı olub.