Pakistan EDEX 2021 sərgisində yeni hücum PUA-nı təqdim edib

0
37

Pakistan Pakistanın müdafiə şirkəti NESCOM tərəfindən hazırlanmış yeni SHAHPAR-II zərbə PUA-nı təqdim edib.

PUA noyabrın 29-dan Qahirədə keçirilən EDEX 2021 Misir müdafiə sərgisində təqdim olunub.

Pilotsuz təyyarə zərbə vəziyyətində 7 saat, kəşfiyyat mövqeyində isə (sursatsız) 14 saat havada qalmaq qabiliyyətinə malikdir.

Uçuş məsafəsi peyk rabitəsi olmadan 300 km, peyk rabitəsi ilə isə 1050 km-dir. Uçuş hündürlüyü 6 km, faydalı yükün kütləsi isə 60 kq.