Ömürlük əlillik təyinatı ilə bağlı – RƏSMİ AÇIQLAMA

0
315

“Bir neçə gün öncə Nazirlər Kabineti ömürlük əlillik dərəcəsinin verilməsi ilə bağlı məsələni təsdiq edib. Ömürlük əlillik təyinatı bəzi xəstəlik kodları üzrə aparılacaq”.Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri Hikmət İbrahimli “Əlilliyin təyin olunmasında tibb müəssisələrinin rolu” mövzusunda sualları cavablandırarkən deyib. “Qərara qədər həmin xəstəliklər üzrə əlillik dərəcəsi alan şəxslər 3 və ya 5 ildən bir təkrar müayinədən keçirdilər. İndi onlar ömürlük əlillik təyinatı alacaqlar”, – o qeyd edib.