Koronavirusun bütün ştammlarını zərərsizləşdirən anticism tapıldı

0
110

Bir qrup çinli alim SARS-CoV-2 koronavirusunun bütün ştammlarını neytrallaşdırmağa qadir olan 35B5 monoklonal anticisiminin kəşfi ilə bağlı məlumat verib.

İlkin məlumatlara görə, anticisim “omikron” ştammına qarşı da effektivdir.

Anticisim koronavirusu ağır keçirən insanların qan nümunələrinin genişmiqyaslı tədqiqi zamanı aşkar edilib.

Alimlər müəyyən ediblər ki, 35B5 anticisimi koronavirusun mutasiyalar zamanı demək olar ki, dəyişməyən S-zülalına yapışır. Onun strukturu COVID-in bütün növlərinə eyni dərəcədə təsir göstərməyə imkan verir.