Könüllülər gününə həsr olunmuş tədbir keçirilib

0
159

5 dekabr Qeyd İctimai Birliyi ilə Azərbaycan Mədəniyyəti sosial platforması onlayn formada Könüllülər gününə həsr edilmiş tədbir keçirtdi.

Qeyd İctimai Birliyinin sədri Tural Nurməmmədov könüllüyün könül işi olduğunu bildirərək bütün könüllüləri təbrik etdi və gələcək fəaliyyətlərində hər zaman böyük templə çalışmağı tövsiyyə edərək uğurlar arzuladı.

“Azərbaycan Mədəniyyəti” sosial platformasınınn sədri Elnurə Cəfərzadə də dövlətin parlaq gələcəyinin məhz gənclərdən asılı olduğunu bildirərək bu amal uğrunda çalışan bütün könüllülərə gələcək fəaliyyətində uğurlar arzuladı.

Onlayn görüşdə digər ölkələrin könüllü gəncləri də iştirak etdi. “Gənc Diplomatiya Forum”unun yaradıcısı və sədri Musavar Tanoli də həmin gənclər sırasında idi Pakistandan qatılan fəxri qonaq Musavar bəy könüllülər gününə həsr olunmuş tədbir təşkil olunduğuna görə təşkilatçılara təşəkkürünü bildirdi. Daha sonra gənclərin belə bir ülvi amal uğrunda bütün dünyada könüllü fəaliyyət göstərərək xidmətlərinin əvəz olunmazlığından danışaraq gənclərimizə böyük bir motivasiya oldu.

Daha sonra görüş “Azərbaycan Mədəniyyəti” sosial platformasının solistlərinin ifaları ilə davam etdi.
Rusif Abdullayev – 101 rəqsi, Xalabacı rəqsi tarda
Tacir Əliyev – Dilkeş:Kim sevməzsə öz yurdunu
Novruz Qasımov- Külək mahnısı Əliağa Vahidin segahı üstə
Selin Firouzi – Canımızla bağlıyıq, Çırpınırdı Qara dəniz
Telman Əsədzadə – Xudayar təsnifi
Məhəmməd Səfərov – Şuşanın dağları
Sərxan Əliyev – Şən Azərbaycan

Sonda tədbirə qoşulan gənclər bu formatda keçirilən musiqili görüşdən çox məmnun qaldıqlarını bildirdilər.