İNK vertolyot qəzasında şəhid olmuş Emin Nəzirovun ailəsi ilə

0
117

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov Lənkəran şəhərinin çoxlu dahi insanların, akademiklərin, ziyalıların, professorların, şairlərin, yazıçıların yetişdiyi Virabul kəndində olmuşdur.
Bu kənddə şəhid olan qəhrəman oğullar da yaşamışdır. Onlardan biri olan Emin Nəzir oğlu Nəzirov uşaqlıqdan hərbiyə can atıb, polkovnik rütbəsinə yiyələnib. 52 yaşına çataraq, üç övladının ali təhsil almağına dəstək verib. Həcc ziyarətini etmək nəsibinə çatıb.
“Emin 82 yaşlı anasının çiynində Allahına qovuşub. Vertolyot qəzasında Emin və Eminlər, əmilərimiz, qardaşlarımız şəhid oldu. Bir çoxları dar düşüncə ilə, mənfi təfəkkürlə, cahillik və nadanlıqla bu vertolyot hadisəsini müxtəlif səmtlərə yönəltmək istəmişlər.
Bu insanlar Allahın izni olmadan heç kimin dünyasını dəyişməsinin mümkün olmadığını düşünmədilər.”
Bu sözləri kövrələrək söyləyən Rasim Məmmədov eyni zamanda bildirmişdir: “Emin 2-ci Qarabağ Müharibəsini qəhrəmancasına şərəflə keçərək Sərhəd Qoşunlarının Aviasiya xidmətinə təmənnasız, öz qabilliyyətinə və peşəkarlığına görə qəbul olunaraq, polkovnik rütbəsinə yüksələn şəhid qəhrəmanımızdır.”
Rasim Məmmədov eyni zamanda həmin hadisədən bu günə qədər bu ailə ilə əlaqə saxladığına görə Lənkəran rayonunun İcra başçısına təşəkkür etmiş, İNK və DAMM adından bu ailəyə və bütün şəhid ailələrinə baş sağlığı diləmişdir.

“ictimaixeber.az”