Helikopter qəzasında həlak olan hərbçilərimizin cənazələri ailələrinə təhvil verilir – YENİLƏNİB + FOTO/VİDEO

0
80

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilir.

Şəhidlərlə vida mərasimi keçiriləcək.



10:00

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri bu gün ailələrinə təhvil veriləcək.

Hazırda onların yaxınları Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qarşısındadır.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Ətraflı videonu təqdim edirik: