Gəncədə ağır yol-nəqliyyat hadisəsi olub, ölənlər var – YENİLƏNİB + FOTO

0
39

Gəncə şəhərində baş verən ağır avtomobil qəzasında ölənlərin və xəsarət alanların şəxsiyyətləri məlum olub. 

Qəza zamanı sürücü, 2005-ci il təvəllüdlü Nüman Əlizadə, piyada, 2008-ci il təvəllüdlü Nazlı İbrahimova ölüb. Hadisə zamanı 2003-cü il təvəllüdlü Cavid Kazımov, 2004-cü il təvəllüdlü Elcan Əliyev və onun həmyaşıdı İlkin Bayramov xəsarət alıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

14:40

Gəncədə iki nəfərin ölümü ilə nəticələnəm yol qəzası baş verib. 

Hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb. 

İlkin məlumata görə, idarəetməni itirən sürücü ilk olaraq təxminən 12-13 yaşlarına olan məktəblini vurub daha sonra, ağaca çırpılıb. Zərbənin təsirindən azyaşlı qız uşağı hadisə yerində,sürücü isə xəstəxanaya aparılarkən keçinib. Dünyasını dəyişən şəxslərin kimliyi dəqiqləşdirilir.