Bakı metrosunda sərnişin qatar yoluna yıxıldı

0
102

“İçərişəhər” – “Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatar “Nəriman Nərimanov” stansiyasına daxil olarkən sərnişin stansiya yoluna düşüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq sərnişin stansiya yolundan çıxarılıb. Sərnişinə ilkin yardım göstərilib.

“12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır”, – deyə B.Məmmədov əlavə edib.