ABŞ dövlət katibi: “Rusiyaya ağır hesab ödətdirməyə hazırıq”

0
106

ABŞ-ın dövlət katibi Entoni Blinken Latviyanın paytaxtı Riqada keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra mətbuat konfransı keçirib.

“NATO bizim təhlükəsizliyimiz üçün çox vacibdir. Alyans ortaq dəyərlər üzərində qurulub. O, Avropa və Şimali Amerikada sabitlik üçün güclü qüvvədir”, – deyə Blinken bildirib.

Rusiyanın son həftələrdə Ukraynada potensial hərbi əməliyyat planı üçün hazırlıqlarını artırdığını ifadə edən dövlət katibi, “Rusiyanın Ukraynaya qarşı təcavüzkar planlar hazırladığına dair siqnallardan dərin narahatıq. Hazırda biz prezident Putinin təcavüz qərarına gəlib gəlmədiyini bilmirik. Əgər Rusiya Ukraynaya qarşı daha aqressiv hərəkət edərsə, ona ağır hesab ödətdirməyə hazırıq”, – deyə bəyan edib.

O, Rusiyanı hərbi əməliyyat planlarından əl çəkməyə çağırıb.