Xalq artisti Tahir Salahovun anadan olmasından 93 il keçir

0
165

Bu gün görkəmli sənətkar, SSRİ, Azərbaycan və Rusiyanın dövlət mükafatları, orden və medalları laureatı, SSRİ, Azərbaycanın və Rusiyanın Xalq artisti Tahir Salahovun anadan olmasından 93 il keçir.

Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakıda anadan olub. Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirib.

T.Salahov yüksək dövlət mükafatlarına, o cümlədən Azərbaycanın “Heydər Əliyev”, “İstiqlal”, “Əmək”, “Vətən oğlu” ordeninə layiq görülüb. İyirmidən artıq nüfuzlu xarici akademiya və yaradıcı təşkilatların fəxri üzvü, bir sıra xarici şəhərlərin fəxri vətəndaşı olub.

Ustadın əsərləri dünyanın ən yaxşı muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır. Tahir Salahovun əsərləri Dünya İncəsənətinin Qızıl Fonduna daxil edilib.

O, 21 may 2021-ci ildə vəfat edib. Birinci Fəxri xiyabanda dəfn edilən Salahovun Bakıda ev-muzeyi fəaliyyət göstərir.