Rasim Balayev Elza Seyidcahandan görün nələr dedi: Deməli, kiminsə…

0
86

“Bu ayın 6-da koronavirusa yoluxdum, indi sağalmışam. 14 gün xəstəxanada müalicə aldım. Hazırda vəziyyətim yaxşıdır”.

Bunu açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

O bildirib ki, Mərkəzi Gömrük Hospitalında müalicə alıb: “Hazırda evdəyəm. Bir həftə də ev şəraitində müalicə aldım. Demək olar ki, sağalmışam, babatam indi. Mərkəzi Gömrük Hospitalında müalicə almaq dövlətin dəstəyidir. İki dərman yazıblar. Onları qəbul edirəm. Dünən də gəlib sonuncu dəfə yoxladılar. Hər şey yaxşıdır. Ürəyim də, digər daxili orqanlarımın vəziyyəti də normaldır”.

Xalq artisti son dövrlərdə Qarabağ haqqında çəkilən filmlərdən də danışıb: “Doğrusu, hazırda çəkilən filmlərə baxmamışam. Amma onu deyə bilərəm ki, 1941-45-ci illər müharibəsi haqqında ən yaxşı filmlər savaşdan 20-30 il sonra çəkilənlərdir. Çəkə bilsələr, yaxşı filmlər olacaq. Təkcə atışma səhnələri çəkməklə yaxşı filmlər ərsəyə gəlmir. Burada psixoloji hallar da var. Günahsız insanların faciələri, bədbəxtliklər ekrana daşınmalıdır. Bunları göstərmək lazımdır ki, ey insan oğlu insan, bu müharibələrin heç kimə xeyri yoxdur, dostcasına yaşamaq lazımdır. Analar, bacılar ağlar qalır, insanlar şəhid olur. Filmlər bunun üzərində qurulmalıdır. Psixoloji anları, faciənin özünü göstərmək lazımdır”.

Rasim Balayev Əməkdar artist Elza Seyidcahanın televiziyalarda bayağı şeirlər deməsinə də münasibət bildirib: “Mən dəfələrlə bu haqda danışıb tənqid etmişəm. Nəticəsi olmayıb. Elza Seyidcahan tez-tez televiziyalara çıxırsa, deməli, kiminsə xoşuna gəlir. Özləri bilərlər. Onu elmlər doktorları, professorlar müdafiə elədilər. Ondan sonra mən çəkilib kənarda durdum. Belədir də, rusların bir sözü var, deməli, “bardak”dır”.