Prezident: “Ermənistan bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində bizim məscidləri dağıdıb” – VİDEO

0
157

“2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi”.

Bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxışı zamanı bildirib.

Prezident qeyd edib: “İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlərin, o cümlədən mədəni və dini irs abidələrinin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.

Bütün müsəlmanlara qarşı nifrət zəminində Ermənistan bizim məscidləri dağıdıb və təhqir edib”.