Onun ürəyi xalqının qəlbi ilə birgə döyünür

0
273


Nə gecə dedi, nə gündüz dedi… Hətta səhhətində olan narahatlıq da onu yolundan saxlamadı. Harda Şəhid məclisi eşitdisə ora tələsdi. Səhhəti imkan verməsə də ürəyi ilə bacara bilməz, ziyarət edər Şəhid ailələrini, Şəhid analarının dərdinə şərik olmağa tələsər.
Həmişə Şəhid analarına BAŞ TACIMIZ deyib xitab edər. Şəhid anası gələndə özü gedib onları qarşılayar. Tabeliyində olan hər kəs Rasim müəllimin xasiyyətinə bələddir. Şəhid anası gəldisə hamı o olmasa belə ananı elə qarşılamalıdır ki, ana qürur duya bilsin titulundan, Şəhidinin hörmətini görə bilsin…
44 günlük Şanlı Vətən Müharibəsindən bizə Qələbəmizlə birlikdə həm də boy-boy ucalan Şəhid Xiyabanlarımız yadigar qaldı… Şəhidlər unudulanda ölər, deyərlər. Bəli, Rasim müəllim də bu deyimin mənasını bir ziyalı, ağsaqqal, vətənpərvər vətəndaş olaraq dərk edib əlindən gələni əsirgəmir ki, təki Şəhidlərimiz unudulmasın… Təki, Şəhid analarımız unudulmasın…
Artıq bir müddətdir ki, koalisiyanın mətbuat xidmətinin əməkdaşı olaraq bu gözəl insanın, ziyalı rəhbərin, vətənpərvər vətəndaşın kollektivində çalışıram. Hər gün koalisiyaya gələn Şəhid analarını, Qaziləri gördükcə və onlara koalisiyada olan hörməti gördükcə bu insana hörmətim daha da artır. Təkcə sözdə deyil həm də əməlində Şəhid Analarını BAŞ TACI hesab edən Rasim Məmmədov(O İNK-nın sədri,DAMM-nin 1-ci vitse prezidenti, SİMİB rəhbəridir) haqda nə qədər yazsam az olar… Heç yadımdan çıxmaz ki, Türkiyədən müalicədən gəldiyi günün səhəri günü gəldi. Çünki Şəhid anaları gələcəkdi koalisiyanın ofisinə. Zəng edib danışdım ki, narahat olmayın mən görüşüb qarşılayaram bəlkə gəlməyəsiz, bu gün də dincələsiz. Rasim müəllim isə bir kəlmə ilə yox qızım, Şəhid analarının elə bir sözü olar ki, sən kömək edə bilməzsən, gəlib boş qayıtmasınlar deyə cavab verdi…
Rasim müəllimin səhhəti yenə də narahat edir onu. Amma bu soyuq havalarda yenə də hər gün Şəhid ailələrini ziyarətə gedir, anım mərasimlərində iştirak edir, öz maddi və mənəvi köməkliyini göstərir…
Sözdə və əməldə gücü çatmayıb, ona daş atanlar, onun Baş Tacı hesab etdiyi Şəhid analarına dil uzadanlar!!!!
Neçə vaxtdır soyuq havada xəstə halıyla Lənkəran, Xızı, Xaçmaz və bir çox rayonlarda tədbirlərdə çıxış etdi Rasim müəllim… Bəs, siz hardaidiniz…

Sevinc Muradova

İctimai Nəzarət Koalisiyasının mətbuat xidmətinin əməkdaşı