Müalicə üçün Türkiyəyə göndərilən beş qazimiz Vətənə döndü – FOTO

0
127

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən beş qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan verilən məlumata görə, Əmrahov Ruslan Rəşid oğlunun, Mikayılov Ruzigar Namiq oğlunun, Ələkbərov Seymur Eyvaz oğlunun, Salayev Namiq Həsən oğlunun, Şirəliyev Mehman İbrahim oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.