Metroda qatarlar gecikdi, sərnişin sıxlığı yarandı – AÇIQLAMA

0
92

Səhər saatlarından etibarən Bakı metrosunda qatarların hərəkətində problem yaşanıb. 

Problem səbəbindən qatarların intervalında gecikmələr müşahidə edilib. 

Buna görə də stansiyalarda sərnişin sıxlığı yaranıb. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, ehtiyat qatarların dalana verilməsi intervalın yaranmasına səbəb olub.

“Ehtiyat qatarlar metronun “Memar Əcəmi” və “Neftçilər” stansiyasında dalana verildiyi üçün onların hərəkətində interval yaranır. Bu əməliyyat əsasən səhər saatlarında baş verir”.