İqlim dəyişikliyi ilə bağlı QORXULU ARAŞDIRMA: 2050-ci ilə qədər…

0
259

ABŞ Geoloji Xidməti (USGS) və ABŞ Aerokosmik Agentliyi (NASA) tərəfindən aparılan araşdırmalar dəhşətli bir həqiqəti üzə çıxarıb. Araşdırma, hazırkı qlobal istiləşmə nisbətləri ilə Maldiv adalarının 80 faizinin 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyinə diqqət çəkib.

Tədqiqatın nəticələrinə görə, qlobal istiləşmənin cari templəri davam edərsə, Maldiv adalarının 80 faizi 2050-ci ilə qədər yaşayış üçün yararsız hala düşə bilər. Belə ki, iqlim dəyişikliyi səbəbiylə dəniz səviyyəsinin qalxması 1192 adada inşa edilən Maldiv adalarını birbaşa təhdid edir.

Maldiv prezidenti İbrahim Məhəmməd Saleh Birləşmiş Millətlər Təşkilatının (BMT) 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) etdiyi çıxışında adaların bir-bir su altında qaldığını ifadə edərək bildirmişdi ki, əgər bu tendensiyanın qarşısını almasaq, Maldiv adaları əsrin sonunadək su altında qalacaq.

Ölkənin keçmiş prezidenti Məhəmməd Nəşid isə adaların 90 faizinin erroziyaya uğradığını, 97 faizinin isə şirin yeraltı su ehtiyatlarından məhrum olduğunu qeyd edib.