Daxili Qoşunların Füzulidə minaya düşmüş hərbçilərinin adları bəlli oldu – YENİLƏNİB+VİDEO

0
279

Daxili Qoqşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.

Bununla bağlı  DİN-dən açıqlama verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.

Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular – 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

13:53

Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, Daxili Qoşunların Füzuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb. 

Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.