Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verdi

0
99

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu helikopter qəzasında şəhid olan həmvətənlərimizlə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə o, “Twitter” hesabında yazıb:

“Bu gün baş vermiş hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinə və Can Azərbaycan hökumətinə və xalqına başsağlığı verirəm”.