Bu dünyada şirin şey, bir anadır, bir Vətən

0
177

Musazadə Azər Çingiz oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Musazadə Azər Çingiz oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyəti, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən şəhidin məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Həmçinin şəhidin xatirəsinə Şəfili kəndində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.

Allah rəhmət eləsin Şəhidlərimizə.

Alməmmədova Təranə

İctimai Nəzarət Koalisiyasının Qəbələ nümayəndliyi rəhbəri.