Azərbaycanda dəhşətli qətlin yeni təfərrüatı: Öldürülənin yaxınları AXTARILIR – FOTO

0
131

Novxanı bağları yaşayış massivində baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat ortaya çıxıb.

Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 29-u gecə saat 3 radələrində qeydə alınıb.

Həyət evlərindən birinin gözətçisi 39 yaşlı Ramin Əlixanov əvvəllər tanış olduğu 40-45 yaşlarında bir kişini külünglə vuraraq öldürüb. Daha sonra meyiti yaxınlıqdakı həyətlərdən birində basdırıb.

Məlumata əsasən, öldürülən adamın adı Cəfərdir. Əldə etdiyimiz məlumata görə, onlar əvvəlcə yeyib-içiblər. Daha sonra sərxoş tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Öldürülən şəxs R.Əlixanovu söyüb. Ramin də külünglə həmin şəxsin başına bir neçə zərbə vuraraq həyatına son qoyub.

Hadisədən bir ay keçsə də, öldürülən şəxsin kimliyi bilinmir və yaxınları tapılmayıb. 

Qətlə yetirilən şəxsin fotosunu təqdim edirik. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur.