Yanğına görə tıxac yarandı, avtobuslar gecikir – Foto

0
111
Yanğına görə tıxac yarandı, avtobuslar gecikir

Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

***

Fətəli Xan Xoyski küçəsi ilə Ağa Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə girişə də məhdudiyyət tətbiq olunub. Nəticədə 5, 24, M8 və 202 müntəzəm marşrut xətlərin hərəkət istiqamətində bəzi dəyişiklər olub və gecikmələr müşahidə olunur.

***

Ağa Nemətulla küçəsinə Heydər Əliyev prospektindən də girişə məhdudiyyət qoyulub.