Türkiyə Prezidenti Füzuli və Zəngilan səfərindən DANIŞDI

0
123

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“Haber Global” məlumat verir ki, Türkiyə lideri Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana birgünlük işgüzar səfəri uğurla başa vurduqlarını qeyd edib.

“Qardaş Azərbaycanda sonuncu dəfə iyun ayında olmuşam. Qardaşım İlhamla Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda görüşdüm.

Səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı yenidənqurma və abadlıq işlərini yaxından gördük. Biz rayonda iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin dirçəldilməsi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birlikdə araşdırdıq. Biz də azərbaycanlı qardaşlarımız kimi Azərbaycanın nailiyyətlərinə sevinirik. Bu layihələrin bir parçası olmaqdan qürur duyuruq”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə başçısı Füzuli Beynəlxalq Hava Limanı barədə də danışıb:

“Bu hava limanı təkcə Azərbaycan üçün deyil, ümumilikdə Qafqaz üçün daşımalarda əlavə üstünlük təklif etmək potensialına malikdir. Azərbaycanın regionun inkişafını prioritet hesab etmək iradəsinin təzahürü olan və çox qısa müddətdə başa çatdırılan bu mühüm nəqliyyat mərkəzinin fəaliyyətə başlamasında əməyi olan hər kəsi təbrik edirəm”.