Son sutkada vaksin olunanların sayı açıqlandı – FOTO

0
51

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33186 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 647, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 353 744, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 043 147, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 310 597 təşkil edir.