Gizli razılıq əldə edilib: Bu ərazi Azərbaycana verilir?

0
91

“İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək. İlk baxışda absurd görünsə də, bu yanaşma məntiqlidir. İran Türkiyə və Azərbaycanın ələ keçirmək istədiyi Zəngəzura qoşun yeritməklə istəyinə nail ola bilər”.

Tehran Universitetinin Hüquq və Siyasi Elmlər üzrə alimi Fardin Eftekharinin “The Middle East Eye” qəzetində dərc edilən məqaləsində belə deyilir.

Fardin Eftekhari yazıb ki, İran Zəngəzura çıxış əldə edə bilməsə, Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq.

Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”.

Bu arada isə İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə yaxınlığı ilə tanınan “The Keyhan Daily” yazıb ki, Ermənistanın Sünik bölgəsi Azərbaycana veriləcək, Ermənistanın Qərbpərəst administrasiyası bu məsələ ilə bağlı Azərbaycanla gizli şəkildə razılaşıb.

Amerikadakı Corctaun Universitetinin iranlı alimi Şirin Hunter yazır:

“Əgər Türkiyə uzun müddət ərzində can atdığı ambisiyasına həyata keçirmək üçün Azərbaycanla birbaşa əlaqə yaratsa, bu, İranın Ermənistana girişini aradan qaldıracaq. Belə olduqda gərginliyin dərinləşməsi riski daha da artacaq”.

İranın baxışına görə, Türkiyə-Azərbaycan alyansının Süniki ələ keçirməsi, (fars-molla rejimi daha çox “xəritənin dəyişməsi” ifadəsindən istifadə edir) İranın geosiyasi baxımdan əlverişsiz vəziyyətə salacaq. Fardin Eftekhari yazır: “Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq. Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”.

Yazının orijinalını buradan oxuya bilərsiniz.