Canavar qardaş ləqəbli şəhidimiz

0
91

2020-ci ilin 27 sentyabrında başlayan ll Qarabağ Müharibəsi xalqımız üçün ağır olsa da sonu qəĺəbə ilə nəticələndi.

Qəbələ rayonu da vətənin çətin günündə Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşdi. Ölkə Prezidentinin dəmir yumruğu hər kəsi birliyə çağırırdı. Xalq həmrəy oldu və bu yolda sinəsini qabağa verdi.

44 günlük Vətən Müharibəsində Qəbələ rayonu da çoxlu sayda şəhid verdi.
Bu gün şəhid Rüstəm Atakişiyevin il dönümü qeyd olundu.
Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vətən uğrunda Şücaət göstərdiyi Cəsur döyüşçü Füzulinin azad olması
Xocavəndin ugrunda medalları ilə təltif olunub. Tədbirdə rayonun icra nümayəndəsi, İNK rayon sədri, qazilər , şəhid ailələri, şairlər , çıxış edərək, şəhid ailələrinə səbr dilədi. Qeyd etdi ki, şəhidlər bizim and yerimiz və müqəddəslərdir. Kimsənin onları unutmağa haqqı yoxdur.
Sonra şəhidin adına olan bulağın açılışı oldu.
Yüksək səviyyədə keçən tədbir şəhidin ata ocağında, ehsan süfrəsi arxasında davam etdi.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova

İctima Nəzarət Koalisiyası Qəbələ rayon nümayəndəliyinin rəhbəri