Bakıda daha bir məktəbin üç sinfi distant təhsilə keçdi

0
46

Bakı şəhəri 7 nömrəli tam orta məktəbin 5ç, 7d və 10ç siniflərinin hər birində 1 şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin siniflərdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, 18 oktyabr tarixində karantin müddəti başa çatdığı üçün gələn həftədən həmin siniflərdə dərslər əyani şəkildə davam edəcək.