Bakıda Aleksandr Blokun xatirə gecəsi keçirilib – FOTO

0
340

Bakıda “İrana Qasımova ilə poeziya klassikləri” silsiləsindən ədəbi gecə keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin binasında keçirilən tədbir Rusiyanın böyük şairi Aleksandr Blokun xatirəsinə həsr olunub.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev şairin ölümündən düz 100 il keçdiyini qeyd edərək Blok yaradıcılığının əsas mərhələlərindən danışıb.

Gecədə çıxış edənlər Blokun yaradıcılığı ilə tanışlıq təəssüratlarını bölüşüblər və onun ən məşhur əsərlərindən parçalar deyiblər.

Tədbirin təşkilatçısı İrana Qasımova poeziya gecələrinin davamlı olacağını bildirib.