Bakı Expo Mərkəzindən xoş xatirələr

0
167
This image has an empty alt attribute; its file name is 5ed0cc45-7ca5-4078-abd4-7e8a940f7266-1024x768.jpg


Bildiyimiz kimi oktyabrın 6-10 na kimi Bakıdakı Expo Mərkəzdə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş Beynəlxalq kitab sərgisi keçirildi. Sərgidə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf İctimai Birliyinin və İctimai Nəzarət Koalisiyasının sərgilənən ekspozisiyaları da nümayiş etdirildi. Belə ki, bu pavilyonda dünya şöhrətli detektiv yazıçı, nasir publisist, Yazıçılar Birliyinin katibi , 20 milyon nüsxədən çox 6 yüz kitabı olan hüquq elmləri doktoru , professor Çingiz Abdullayev, İctimai Nəzarət Koalisiyasının idarə heyətinin Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri ,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin birinci vitse- prezidenti Rasim Məmmədov ,xalq yazıçısı Vahid Əziz, tanınmış ziyalılar, alimlər, xarici ölkə səfirliklərinin təmsilçiləri, öz kövrək mahnılarıyla geniş dinləyici kütləsinin sevimli müğənnisi Baba Dərələyəzli, Şəhid Milli Qəhrəmanların valideynləri ,ali və orta təhsil müəssisələrinin tələbələri ,yeni ailə quran gənc bəylə gəlinin çıxışlarını hamı diqqətlə dinləyir və digər pavilyonlardan da bu görüşlərə qoşulurdular. Türkiyə,Kolumbiya ,Özbəkistan və digər ölkələrin təmsilçiləri pavilyonumızda nümayiş etdirilən eksponatlar haqqında xoş ürək sözlərini bildirib ,təşkilata gələcək fəaliyyətində uğurlar arzuladılar. Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası İNK-nın” Şəhid Milli Qəhrəman ailələri departamentinin”sədri Tərlan xanım ,Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası-İNK -nın Ağsaqqallar Şurasının sədri Nəriman Həmidov, Şəhid kapitan qərargah rəisi Əsəd Həsənovun anası- Abşeron rayonu üzrə” Şəhid və Milli Qəhrəman ailələri” departamentinin sədri Mələk xanım və digər Şəhid anaları onlara olan qayğı və diqqətə görə DAMM-ın vitse prezidenti, İNK-nın sədri Rasim Məmmədova öz dərin minnətdarlığını bildirdilər. Rasim müəllimin təşkil etdiyi yubiley işi ilə bağlı Şəhidlərin daş üzərində həkk olunmuş şəkilli suvenirləri və “ İlham Əliyev siyasətində Ictimai Nəzarət fəlsəfəsi” kitabları sərgi pavilyonuna xüsusi olaraq alqışlarla dəvət olunan qonaqlara hədiyyə olundu. Tədbirlərdə Ali Baş komandanımızın yeni tarix yaratdığından , Zəfərimizlə doğma Qarabağımızda gedən quruculuq işlərindən, İNK-nın rayon təşkilatlarının gördükləri əməli işlərdən, Şəhid Milli Qəhrəman ailələrinə mənəvi dəstək vermələrindən, onlara olan diqqət və qayğıdan söhbət açıldı. Tanınmış müğənni Baba Dərələyəzli “Nəhəng Gəmi”,” Türkiyə- Azərbaycan”,” İlham- Ərdoğan” mahnılarını ifa edərək dinləyicilərdə kövrək hisslər oyatdı. Pavilyonun sərgisi ilə tanış olanlar arasında tanınmış ziyalılardan filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyi tərkibində Cəfər Cabbarlı komissiyasının sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Elmi Şurasının və Bakı Dövlət Universitetində Dissertasiya Şurasının üzvü Asif Rüstəmli ,xalq şairi Vahid Əziz gənc hüquqşünas, Respublika Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov və digər tanınmışlar bu pavilyondaki sərginin möhtəşəmliliyini hamının nəzərinə çatdırdı.Burada gənc vəkil Adəm Məmmədovun “Qətli sonu “və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi ,İslam Fəlsəfəsi şöbəsinin müdiri Könül Bünyadzadənin” Könül dünyası” kitablarının təqdimatı da maraqlı oldu. Sonda xatirə şəkilləri və video kadrlar lentə alındı.


Nəzakət Əhmədova İNK-nın fəxri üzvü İNK-nın Abşeron rayonu üzrə sədri ”Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.