Azərbaycan boksçusu dünya çempionatında 100 min dollar üçün mübarizəyə başlayır – FOTO

0
92

Bu gün Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatına start veriləcək. 

Noyabrın 6-dək davam edəcək yarışda Azərbaycan boksçularının ilk rəqibləri bəlli olub.

Komandamızın heyətində ilk olaraq rinqə Ümid Rüstəmov çıxacaq. O, kubalı boksçu ilə üz-üzə gələcək. 

İlk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçu mübarizə aparacaq. Mükafat fondu 2,6 milyon dollar olan mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq. Qaliblərə həmçinin MMA və güləşin dünya çempionatında olduğu kimi kəmərlər də təqdim ediləcək.

25 oktyabr
-57 kq
1/32 final

Ümid Rüstəmov – Osvel Kabalyero Qarsia (Kuba)

26 oktyabr
-51 kq
1/16 final

Məsud Yusifzadə – Enxmandaq Xarxuu (Monqolustan)

-63,5 kq
1/32 final

Malik Həsənov – Xuan Reyes Donis (Qvatemala)

-92 kq 
1/32 final

Rauf Rəhimov – Luis Vilyams (İngiltərə)

27 oktyabr 
60 kq
1/32 final

Tayfur Əliyev – Şarles Peti-Homm (Haiti)

-86 kq
1/16 final

Loren Alfonso Dominqes – Tavfikulla Suleymani (AIBA)

28 oktyabr
+92 kq
1/16 final

Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

29 oktyabr
71 kq
1/16 final

Sərxan Əliyev – Stefen Nevns (Şotlandiya)/Luis da Silva (Braziliya)

30 oktyabr
75 kq
1/16 final

Mirşərif Kazımzadə – Aaron Prins (Trinidad və Tobaqo)/Şoma Meşter (Macarıstan)

Qeyd edək ki, dünya çempionatında Olimpiya, dünya və Avropa mükafatçısı Kamran Şahsuvarlı və 2013-cü ilin dünya çempionu Cavid Çələbiyev iştirak etməyəcək. Kuba əsilli Olimpiya mükafatçısı Lorenso Sotomayorun isə hələ ötən ayın əvvəlində karyerasını bitirdiyi açıqlanıb.