“Taliban”dan BMT-yə MÜRACİƏT

0
285

Əfqanıstanda “Taliban” hərəkatının nümayəndələri Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ediblər.

Onlar Baş Assambleyanın 76-cı sessiyasında (21-27 sentyabr) danışmaq niyyətlərini bildiriblər və Məhəmməd Sohail Şahinin Əfqanıstanın daimi nümayəndəsi olaraq təsdiq edilməsi üçün namizədliyini göndəriblər.

Eyni zamanda qeyd edilib ki, 15 avqustdan etibarən Əşrəf Qani istefaya göndərilib və artıq prezident kimi tanınmır.