Putin özünü təcrid etdi

0
119
Putin özünü təcrid etdi

Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejiminə keçib.

Bu barədə məlumatı Kreml yayıb. Bildirilir ki, Putinin ətrafında koronavirusa yoluxma halları aşkar olunub və bu səbəbdən o, özünü təcrid etmək qərarına gəlib.

Bununla yanaşı, qeyd olunur ki, V. Putin karantində olduğundan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşlərinə videoformatda qatılacaq.

Putinin karantində nə qədər qalacağı barədə hələ məlumat verilməyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putin özünü yaxşı hiss edir.