Müştərilərə qəlyan təklif edən istirahət mərkəzinin inzibatçısı CƏZALANDIRILDI

0
56

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-epidemioloji normaları pozan istirahət mərkəzi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisində müştərilərə qəlyan təklif edən istirahət mərkəzi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı barəsində isə inzibati qaydada tədbir görülüb.