Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olundu

0
267

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun “Baş məşqçilərin təyinatı haqqında” olan əmrinə əsasən, 28 avqust – 8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, əmrə əsasən:

1. İbrahimov İbrahim Eldar oğlu – kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın,

2. İbrahimov Ramin İbrahim oğlu – qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın,

3. Panyutin Oleq Viktoroviç – atletika idman növü üzrə milli komandanın,

4. Culfayev Alavərdi Abasoviç – üzgüçülük idman növü üzrə milli komandanın,

5. İbişov İlqar Əsgər oğlu – pauerliftinq idman növü üzrə milli komandanın,

6. Abdullayev Yusif İnqlab oğlu – güllə atıcılığı idman növü üzrə milli komandanın,

7. Abbasov İlqar Əziz oğlu – kamandan oxatma idman növü üzrə milli komandanın,

8. Tağızadə Fərid Əvəz oğlu – para-taekvondo idman növü üzrə milli komandanın,

9. Abdullayev Zahir Abdulla oğlu – qolbol idman növü üzrə milli komandanın,

10. Məhərrəmov İlham Nadir oğlu – boccia idman növü üzrə milli komandanın,

11. Qubuşova Ruqiyyə Heydər qızı – stolüstü tennis idman növü üzrə milli komandanın,

12. Məlikov Asəf Adil oğlu – qılıncoynatma idman növü üzrə milli komandanın,

13. Həsənquliyev Amid Umud oğlu – para-velosiped idman növü üzrə milli komandanın,

14. İsmayılov Məhəmməd Sahib oğlu – qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər.