Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib – FOTO

0
250

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarəsi müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.