“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov Karlsenə Armagedonda məğlub oldu

0
261

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində II turun görüşləri keçirilib.

Azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. 4 hissəlik görüşdə qalib müəyyənləşmədiyindən, tay-breyk oynanılıb. Bu zaman rəqib daha güclü olub.

Şəhriyar Məmmədov isə Maqnus Karlsenlə qarşılaşıb. Bu görüşdə isə qalib əsas hissə və tay-breykdə yox, Armagedonda müəyyənləşib. Karlsen 4:3 hesabı ilə qalib gəlib.

18:15

Bu gün şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

İkinci turda Ş.Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq. T.Rəcəbov isə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək. Görüşlər Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Birinci turda Şəhriyar Məmmədyarov Uesli So (ABŞ), Teymur Rəcəbov Vladislav Artemyevə (Rusiya) uduzublar.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armagedon görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.