Bu universitetlərdə “SABAH” magistratura layihəsi tətbiq olunacaq

0
277
Bu universitetlərdə “SABAH” magistratura layihəsi tətbiq olunacaq

“Bu ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrində “SABAH” magistratura layihəsi tətbiq olunacaq”.

Bunu Təhsil Nazirliyinin “Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, Bakı Dövlət Universiteti, UNEC, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislər Universiteti və Azərbaycan Neft və Sənaye Universitetində layihə çərçivəsində kadr hazırlığı həyata keçiriləcək. Bu il üçün 540 dövlət sifarişli yer ayrılıb.

N. Məmmədli, həmçinin əlavə edib ki, bu qruplarda dərs deyəcək müəllimlər əsasən xaricdən dəvət olunmuş müəllimlərdir.