Beynəlxalq təşkilat Qvineyanın üzvlüyünü ləğv etdi

0
33
Beynəlxalq təşkilat Qvineyanın üzvlüyünü ləğv etdi

Beynəlxalq Frankofoniya Təşkilatı (OİF) Qvineyanın təşkilata üzvlüyünü ləğv edib.

Bu barədə məlumat təşkilatın rəsmi kommünikesində yer alıb.

Məlumata əsasən, sözügedən bu qərar OİF-in Daimi Şurasının Parisdə keçirilən fövqəladə iclası zamanı verilib. Qeyd olunur ki, təşkilat iclas zamanı Qvineyada baş verən hərbi çevrilişi tənqid edib və onun təşkilata üzvlüyünə son qoyub.

Qeyd edək ki, sentyabrın 5-i Qvineya Prezidenti Alfa Konde dövlət çevrilişinə cəhd edən xüsusi təyinatlılar tərəfindən saxlanılıb. Pezidentlə yanaşı, bir sıra yüksək vəzifəli şəxslər də qiyamçılar tərəfindən saxlanılıb.