Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödənildi

0
301

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.