Azərbaycanda institutun vəzifəli şəxsi koronavirusdan vəfat etdi – FOTO

0
126

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş mühasibi Nəcəfov Nizami Ramazan oğlu vəfat edib. 

N.Nəcəfov yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Onun ölümü barədə ailə yaxınları sosial şəbəkədə paylaşım edib.