Ən çox itkin düşmüş insanın qeydə alındığı ölkə açıqlandı

0
322

Afrikada ən çox itkin düşmüş insanın qeydə alındığı ölkə Nigeriyadır.

Bunu Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin bu ölkədəki nümayəndəsi Aliyu Davobe 30 Avqust Beynəlxalq İtkin Düşənlər Günü münasibətilə təşkil olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təkcə Nigeriyada hazırda 24 min nəfər itkin şəxs mövcuddur.

Bütövlükdə isə qitə üzrə bu göstərici 44 min nəfərə çatır.

Davobenin sözlərinə görə, itkin düşənlərin 90%-ni azyaşlılar təşkil edir.